Şagirdimiz "Mənim bayrağım" mövzusunda şeir müsabiqəsində yer tutduğu üçün mükafatlandırıldı
07.11.2019-cu il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BSGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə konfrans keçirildi. Konfrans çərçivəsində Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən "Mənim bayrağım" mövzusunda inşa-yazı və şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Mükafatlandırılanlar arasında Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5 b sinif şagirdi Sultan Zərif Kamil qızı da var idi. Sultan Zərif Kamil qızı Xətai rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilən şeir müsabiqəsində 1-ci, Bakı Şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında 3-cü yerə layiq görülmuşdür.
Şagirdimizi təbrik edir, uğurlarına sevinirik.