Kompüter proqramından istifadə etməklə şagirdlər təqdimatlar hazırladılar

9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif kompüter proqramlarından istifadə etməklə təqdimatlar hazırladılar. Təqdimatlarda şagirdlər Azərbaycanın tarixi ərazisində mövcud olan dövlətlərin bayraqları haqqında və şəkilləri ilə, Azərbaycan Xalq Cümhuriyyətinin və bu günkü Müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı  haqqında ətraflı məlumatlar toplayaraq təqdimatları daha da zənginləşdirdilər. 9 Noyabr tarixinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı barədə ətraflı məlumatlar verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi