Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirildi

8 noyabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3e sinfində 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimləri, şagirdləri iştirak etdi. Tədbir Dövlət Himninin oxunması ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zemfira Məsiyeva Bayraq Gününün keçirilmə tarixi barədə qısa məlumat verdi. Sonra əlamətdar günlə bağlı şagirdlərin hazırladıqları mahnılar, rəqslər, şeirlər tədbir iştirakçılarına təqdim olundu.