"Biz Heydər Əliyev irsini öyrənirik"
8 aprel 2016-cı il tarixində Xətai rayonu Yeni Azərbayacan Partiyasının binasında "Biz Heydər Əliyev irsini öyrənirik" Heydər Əliyev və Azərbayacan Respublikasında sosial siyasət mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə YAP-ın, BŞTİ-nin, XRİH-in məsul şəxsləri metodistlər, məktəb direktorları, müəllimlər, 27, 95, 63, 263 saylı məktəblərin şagirdləri iştirak edirdilər. Dərsi Xətai rayonu Z.Məmmədov adına 171 saylı tam orta məktəbin tarix müəllimi, 2008-ci il tədris ilində "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi dərslik müəllifi Həcər Kəmaləddin qızı Əlişova aparırdı. Gələn qonaqların hər birinə və şagirdlərə Azərbaycan Respublikasının Dövlət bayrağı, üzərində Heydər Əliyevin şəkli və "Biz Heydər Əliyev İrsini öyrənirik" sözləri əks olunmuş yaxa kartları paylanmışdı. Tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır.