“Plastik qabların yenidən emalı və istifadəsi”

06.11.2019-cu il tarixində Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6 "e”sinfində məktəbin biologiya müəllimiTitova Natalya S. və kimya müəllimi Səlimova Gülşən C. biologiya-kimya inteqrasiyalı “Plastik qabların yenidən emalı və istifadəsi” mövzusunda açıq ders keçirilmişdir.

Dərsdə interaktiv üsullardan, müxtəlif plastik qablardan, paketlərdən, alətlərdən və s. istifadə olunmuşdur. Şagirdlər çox böyük maraq və fəallıqla iştirak etmişlər, onlar dərs ərzində plastik kütlələrin ətraf mühitə göstərdiyi təsiri tam mənimsəyib, onları fərqləndirib hansı növ olmasını öyrənmişlər.

Nəticədə şagirdlər plastik qabların ətraf mühitə vurduğu ziyana bir daha diqqət yetirib, ekolojı problemin həllini tapmaq çalişdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi