9 Noyabr Bayraq Günü ilə əlaqədar tədbir keçirildi

“Üçrəngli bayrağın kölgəsində mən,
                Qaraca torpağı vətən görmüşəm.”

  Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.

 Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

06 noyabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “ Bayraq günü”nə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinə start verildi. 07 noyabr tarixində keçirilən tədbirlərdən biri də  siniflər üçün ayrı ayrılıqda mövzu ilə bağlı videoçarxların nümayışi, müzakirələr oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi