Müəllim və şagirdlərimizin idman uğuru
19 oktyabr 2019 tarixində Şağan Olimpiya İdman Mərkəzində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqilliyi Gününə həsr olunmuş Taekvondo İTF növü üzrə Beynəlxalq turnir keçirildi. Turnirdə Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Rusiya Federasiyasının, Kabardin-Balkar Respublikası, Çeçenistan Respublikasının, və Özbəkistan Respublikasının 250 nəfərə yaxın idmançısı iştirak etdilər. Bu Beynəlxalq turniri Z.Məmmədov adına 171 nömrəli məktəbin fiziki tərbiyə müəllimləri Orucov Barat, Abdullayev Mail, direktor müavinləri Sərxan Behbudov və Kənan İsmaylov təskil etmişdilər. Turnirdə Zaur Məmmədov adına 171 nömrəli məktəbin şagirdləridə öz qüvvələrin sınayırdılar. Orucov Alişan 1-ci yer, Əliyev Hüseyn 2-ci yer, Əmrahlı Xöşbəxt 2-ci yer, Yusifov Ariz 2-ci yer, Babayev Hüseyn 3-cü yer, Aslanlı İbrahim 3-cü yerə layiq görüldülər. İdmançılarımızı və müəllimlərimizi qələbə münasibəti ilə təbrik edib, bundanda böyük uğurlara nail olmalarını arzu edirik.