Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası məktəbimizdə şagirdlərlə görüşdü

Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəmşid xan Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ancaq unutmayaq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovdur.Onun  keçdiyi qısa həyati yolu barədə yaxınlarından aldığımız məlumat daha yaddaqalan oldu.

09 oktyabr 2019-cu il tarixində məktəbimiz daha bir yeniliyə imza atdı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimova məktəbimizdə qonaq oldu. İlk öncə Milli Qəhrəmana həsr olunmuş guşədə olan Ana daha sonra məktəb rəhbərliyi ilə həmsöhbət oldu. Məktəbin böyük akt zalında təşkil olunmuş 9,10, 11-ci sinif şagirdləri və fənn müəllimləri ilə görüş daha yaddaqalan oldu. Milli Qəhrəman haqqında videoçarxlar  nümayış olundu. Sonda Şamama İbrahimova bütün kollektivə təşəkkürünü bildirdi və şagirdlərə vətənpərvər ruhda böyüməyi, dərslərində daha da çox uğur qazanmalarını arzuladı.O, məktəb rəhbərliyini  Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş Tarix müzeyinin açılışına dəvət etdi.

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi