Müəllim və şagirdimizin daha bir idman uğuru

İran İslam Respublikasının Mazandaran şəhərində  Kyokşhin Karate üzrə 4-cü beynəlxalq turnir keçirilmişdir. Bu turnirdə 10 dövlət arasında Azərbaycan Respublikasının  komandası 2-ci yerə çıxmışdır.

Yarışda Azərbaycan Respublikası 40 nəfrəlik heyətlə qatılmışdır. Yarışın nəticəsi olaraq komandanın üzvləri 8 qızıl, 7 gümüş, 6 bürünc medal qazanmışdılar.

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Mail Abdullayev turnirdə yarışda Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri idi.

Yarışda Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Allahverdi Abbasov 2-ci yerə layiq görülmüşdür və gümüş medal almışdır.

Bu münasibətlə müəllim və şagirdimizi təbrik edir və gələcək yarışlarında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi