Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimində şagirdlərimiz və müəllimlərimiz iştirak edib

Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Son 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 7 gündə XV Avropa Gənclər Olimpiya Festivalına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətlərinin üzvlərinin, yarışları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.

“Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Bağlanış mərasiminin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev də olublar.

Bağlanış mərasimində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi