İbtidai sinif müəllimlərinin təlim - tərbiyə İşləri üzrə direktor müavininin metodbirləşmə rəhbəriyi ilə birgə iclası keçirildi

 21 iyun 2019 -  cu ildə Zaur Məmmədov adına 171 nömrəli məktəbdə ibtidai sinif müəllimlərinin təlim - tərbiyə İşləri üzrə direktor müavininin metodbirləşmə rəhbəriyi ilə birgə iclası keçirildi. İclasda dərs ilinin yekunları və Böyük Summativ Qiymətləndirmənin nəticələri müzakirə olundu. BSQ tapşırıqları bir - bir incələnərək çətinlik dərəcəsinin şagirdlərin potensial imkanlarına uyğun olub - olub olmaması, şagirdlərin hansı tapşırıqları daha çox səhv yazması  araşdırıldı. Standartların həssaslıqla  incələnərək şagirdlərə mənimsədilməsi tapşırıqların neçə faizinin düzgün yerinə yetirilməsilə  ölçülüb. Müəllimlərə təlim zamanı standartlarla işləyərkən təlimin üsul və vasitələrini dəqiq seçmələri üçün yardımçı olacaq nəzəriyyələri yay dövründə nəzərdən keçirmələri tövsiyə olunub. Vərdiş və bacarıqların keyfiyyətin yüksəlməsində rolunun böyük olması vurğulanıb.  

Bundan əlavə, növbəti dərs ili üçün metodbirləşmə rəhbərləri arasında iş bölgüsü aparıldı. Metodbirləşmə üzvlərinə tədris vahidlərinin dəqiqliklə işlənərək hazırlanması bir daha tapşırıldı. Yeni dərs ili başlayan kimi bacarığın və biliyin növlərilə bağlı məruzə edəcəkləri müəllimlərin diqqətinə çatdırıldı.  

Biliyimiz çoxalır, keyfiyyətimiz yüksəlir, dəyərimiz artır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi