“Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində “Profi - resurs” peşə tədris mərkəzinin əməkdaşları ilə yuxarı sinif valideynlərinin görüşü keçirildi
8 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrdə 20-31 may 2019-cu il tarixlərdə BŞTİ-yə tabe bütün ümumtəhsil məktəblərində “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsinin keçirilməsi qeyd olunur.
Bu məqsədlə 31 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsdinə məktəbin böyük akt zalında “Profi - resurs” peşə tədris mərkəzinin əməkdaşları ilə yuxarı sinif şagirdlərinin valideynlərinin görüşü keçirildi. Görüşdə “Profi - resurs” peşə tədris mərkəzinin əməkdaşları mərkəzində mövcud ixtisaslar, həmin ixtisaslar üzrə məzunların hazırlanması haqqında ətraflı məlumatlar verdilər. Mövzuya uyğun maarifləndirici videoçarx nümayiş etdirildi. “Profi - resurs” peşə tədris mərkəzinin əməkdaşları valideynləri maraqlandıran suallara ətraflı cavab verdilər.