“Olimpiya günü” adlı böyük bir tədbir keçirildi
1 iyun 2019-cu il tarixində Atletlər kəndində Avropa Gənclər Olimpiya Festifalına 50 günün qalması, Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Beynəlxalq Olimpiya Komitəsinin 125 illiyi ilə əlaqədar “Olimpiya günü” adlı böyük bir tədbir keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse – prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov və AGOF Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak etmişlər. “Olimpiya günü” makotların çıxışı, fərqli idman növlərinin təqdimatı, musiqli – bədii ifaları və marafonu ilə yadda qaldı. Sonda isə marafonun qalibləri medal və hədiyyələrlə mükafatlandırıldı.
“Olimpiya günü” adlı tədbirdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin nümayəndləri iştirak edirdi. Nümayəndə heyətinin üzvləri ingilis dili müəllimi Sevinc Əbilova, fiziki tərbiyə müəllimi Barat Orucov və 10 şagird iştirak edirdi.