28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri - respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin direktoru Məsiyeva Zemfira xanım vətənpərvərlik ruhunun, xalqa və dövlətə qulluq etməyin, vətəni həmişə qorumaqda hazır olmağın necə vacib olduğunu rəhbərlik etdiyi məktəbin hər bir şagirdinə çatdırılmasını əsas məqsədlərdən biri hesab edir. Respublika Günü münasibətilə məktəbdə keçirilən tədbir və dərslər bunu bir daha sübut edir. Natalya Şərifovanın rəhbərlik etdiyi 2d rus bölməsinin şagirdləri də bu günə xüsusi diqqət ayırmışlar. Müxtəlif şeir və inşalarla, rəngli rəsmlərlə və dövlətimiz haqqında edilən maraqlı söhbətlərlə 28 may Respublika Gününü qeyd etmişlər. Müasir müstəqil dövlətimizin qurucusu, milli dövlətçiliyimizin ideya əsasını qoyan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının azadlığı uğrunda həsr etdiyi  mənalı həyatı haqda söhbət edən sinif rəhbəri Natalya xanım balaca şagirdləri Heydər Əliyev yolunu davam etməyə, Azərbaycanı qorumağa və daha da inkişaf etdirməyə və milli qurucumuzun adını əbədi yaşatmağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi