28 May Respublika Günü ilə əlaqədar olaraq şagirdlər təqdimatlar hazırladılar
27 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 28 May Respublika Günü ilə əlaqədar olaraq şagirdlər kompüter proqramlarının köməyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aid təqdimatlar hazırladılar. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun keçdiyi şərəfli tarix, həmin dövürdə üzləşdiyi çətinliklər, ordu quruculuğu, daxili və xarici siyasəti və bugünkü Müstəqil Azərbaycanın dünyada söz sahibi olduğunu göstərmişlər. Hazırladıqları təqdimatları həmin dövrün və müasir dövrümüzün şəkillərləri ilə daha da zənginləşdirdilər.