Xətai rayonu 3 nömrəli uşaq evinə ziyarət edilib
Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin rəhbərliyi və bir qrup şagirdi 16 mart 2016-cı il tarixində Xətai rayonunun 3 nömrəli uşaq evinin Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsinə ziyarət etmişdir. Məqsəd uşaq evinin sakinlərini təbiətin oyanışından xəbər verən, insanların qəlbinə bahar təravəti gətirən, insanların arzu və ümidlərini təcəssüm edən İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik etmək, həmçinin şagirdlərdə humanizm və xeyrxahlıq ruhu tərbiyə etmək olmuşdur.Şagirdlər uşaq evinə 20-dən artıq Novruz xonçası, həmçinin müxtəlif uşaq oyuncaqları hədiyyə etmişlər.Uşaq evinin direktoru Məhbubə Hüseynova və uşaqlar məktəb şagirdlərini böyük səmiyyətlə qarşılamış, sonra uşaq evinin sakinləri İlaxır çərşənbəyə Novruza, baharın gəlişinə həsr etdikləri şerlərdən parçalar söyləyib, Novruz şənliklərini əks etdirən səhnəciklər göstəriblər və məktəbin şagirdləri ilə birgə xalqımızın milli rəqslərini ifa etmişlər. Sonra Uşaq evinin direktoru Məhbubə xanım 3 nömrəli uşaq evi barədə məlumat vermişdir. O bildirmişdir ki, uşaq evi Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir və burada uşaqlar üçün bütün şərait yaradılmışdır. Kollektivimizin əsas məqsədi buradakı uşaqların cəmiyyət içinə çıxması, kənardakı insanlarla inteqrasiya olunmasıdır. Biz əsas fikrimizi tərbiyəyə yönəldirik, təhsilə isə məktəb cavabdehdir. Uşaq evinin məzunlarından müxtəlif ali məktəblərdə təhsil alanları var. Əsgərlik yaşına çatan oğlanlar hərbi xidmətdən qayıtdıqdan sonra Heydər Əliyev adına Neft Emalı Zavodunda 6 aylıq kurs keçir, sonra iş və yataqxana ilə təmin olunurlar. Buradakı uşaqlar da dərslərindən əlavə müxtəlif məşğələlərdə iştirak edirlər.Tədbirin sonunda məktəbin direktoru Telman Qardaşov uşaqları İlaxır çərşənbəsi və Novruz bayramı münasibətilə təbrik etmişdir. Tədbir iştirakçıların marağına səbəb olmuşdur.