“İnformatika fənni üzrə milli qiymətləndirmə“  keçirildi

Şagird nailiyyətlərinin yoxlanması üçün milli qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi təhsil siyasətində önəmli yer tutur. Milli qiymətləndirmə təhsili öyrənmək üçün aparılan tədqiqatdır və bu tədqiqatın məqsədi ayrı-ayrı şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə qiymət verməkdir.

Məlumdur ki, təhsil standartlarının hazırlanmasında təhsilalanların fənlərin məzmununa dair bilik və bacarıqlarını nə dərəcədə reallaşdıra bilməsini müəyyənləşdirmək çox mühüm əhəmiyyətə malikdir.

20 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6ç sinfində İKT üzrə VI sinif şagirdlərinin qiymətləndirilməsi və ya “İnformatika fənni üzrə milli qiymətləndirmə“  keçirilib. Qiymətləndirmə Alqoritmika layihəsi çərçivəsində həyata keçirilir və ümumilikdə ölkə üzrə 200 məktəb cəlb olunub. Layihəni məktəbimizdə  Təhsil İnstitutunun əməkdaşı Günel Əhmədova həyata keçirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi