Azərbaycan dili fənnindən təqdimatların dinlənilməsi keçirildi

17 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Mahirə Nəsirova tədris etdiyi 5 a sinfində layihə işini həyata keçirdi. Layihədə sinif 4 qrupa bölünmüşdü: “Doğma Azərbaycan”, “Dünya uşaqların gözü ilə”, “Hikmətli sözlər”, “37-ci il ədəbiyyatı”.

Şagirdlər hazırladıqları təqdimatlar haqqında ətraflı məlumatlar verdilər, şeirlər söylədilər və səhnəciklər göstərdilər.

Sinif şagirdi İnci Novruzlu özünün yazdığı təmsili də səsləndirdi.

Layihənin təqdimatında məktəbin direktoru Zemfira Məsiyeva, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, ingilis dili müəllimi Sevinc Əbilova iştirak edirdilər.

Sonda məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək şagirdlərə öz təşəkkürünü bildirdi və belə layihələrin davamlı olmasını tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi