"Dünya millətlərinin dostluğu" mövzusunda maraqlı dərs

Tarix boyu dünya millətlərinin birliyinin, dostluğunun bütün dünyada sülh şəraitinin olması sahəsində mühüm əhəmiyyət kəsb etdiyi hamıya məlumdur. 10 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2d rus bölməsinin sinif rəhbəri Natalya Şərifova balaca şagirdlər ilə bu mövzu əsasında maraqlı bir dərs keçirmişdi. Şagirdlər müxtəlif dünya xalqlarının milli geyimləri ilə, rəngarəng şüarlar və müxtəlif ölkələrin bayraqları ilə dərsə rəng qatmış, ona maraqlı məna vermişlər. Fotosessiyanın sonunda şagirdlər əllərindəki rəngli şarları mavi səmaya buraxmışlar. Məktəbin sinfində və həyətində çəkilən foto şəkillər və dərin məna kəsb edən bu kiçik dərs dünyada sülhün necə vacib olduğunu təsdiq edən daha bir sübutdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi