Gənc Tamaşaçılar Teatrında

11 may 2019-cu il tarixdə 171 nömrəli tam orta məktəbin 2b bə 2c sinif şagirdləri sinif rəhbərləri Lamiyə Qasımova və Elnarə Sultanovanın rəhbərliyi ilə Gənc Tamaşaçılar Teatrına, “Uzuncorab Pippi” tamaşasını izləməyə getdilər. Tamaşada valideyn himayəsindən uzaq düşmüş Pippinin davranışındakı pozuntular cəmiyyətimizdə valideynsiz həyat tərzi keçirən uşaqların bariz nümunəsi idi. Lakin buna baxmayaraq onun yaşıdları Tom, Annika və digərləri onunla yoldaşlıqdan zövq alırdılar. Çünki həyatın ağır sınaqları ilə üzləşən Pippi həm də çox şən və mehriban idi. Pippinin pozitiv əhvalı şagirdlərə də öz təsirini ötürə bildi. Şagirdlər hekayənin məzmunundan, aktyorların çıxışlarından, səhnə tərtibatından çox razı qaldılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi