Heydər Əliyev 96

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ad gününü hər il Azərbaycan xalqı xüsusilə qeyd edir. Azərbaycanın xilaskarı olan ulu öndərimizin bu il 96 yaşına həsr olunmuş tədbirlər bütün ölkəni əhatə edir. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 2d rus bölməsinin şagirdləri də xüsusi hazırlıqlarla bu günü qeyd etmişlər. 10 may 2019-cu il tarixində ilk açıq  dərsdə şagirdlər Ulu öndərimiz Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş inşalar, rəsmlər hazırlamış, şerlər demişlər. Balaca şagirdlər sinif rəhbəri Natalya Şərifovanın Heydər Əliyevin  Azərbaycan xalqı qarşısında sədaqətli xidməti haqqında etdiyi söhbətləri diqqətlə və böyük maraqla dinləmişlər. Müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi