Şuşanın işğalı ilə bağlı hazırlanmış təqdimatların dinlənilməsi keçirildi

8 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 10 b sinfində Şuşalının işğalının 27 – ci ildönümünə həsr olunmuş təqdimatların dinlənilməsi keçirildi.
İlk olaraq “Azərbaycanın incisi Şuşa” adlı videoçarx nümayiş etdirildi
Şagirdlər kompüter proqramının köməyi ilə Şuşanın tarixi haqqında, Şuşada yerləşən qədim taixi abidələr, ev müzeyləri haqqında, Şuşanın ermənilər tərəfindən işğalı haqqında ətraflı məlumatlar toplamışdılar. Hazırlanmış təqdimatların nümayişi keçirildi və hər bir şagird hazırladığı təqdimat haqqında məlumat verdi.
8 d sinif şagirdləri vətənprəvərliyə həsr olunmuş mahnılar ifa etdilər.
Məktəbin tarix müəllimi Leyla Əhmədova ermənilər tərəfindən işğal olunmuş Şuşa və digər rayonlar haqqında məlumat verdi. İşğal olunmuş bütün torpaqların tezliklə işğaldan azad olunacağına ümid etdiyini bildirdi.
Məktəbin direktoru Zemfira Məsiyeva Şuşa tarixi və işğalı haqqında, işğal olunmuş digər rayonlar haqqında məlumat verdi. Hər bir şagirdi vətənpərvər olmağa çağırdı. İşğal olunmuş bütün torpaqların tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən tezliklə işğala son qoyulacağına inandığını bildirdi.