Qarabağın yaralı ürəyi Şuşanın işğalından 27 il ötür

Qarabağın yaralı ürəyi Şuşanın işğalından illər ötsə də Azərbaycan xalqının yaddaşından heç zaman 8 may 1992-ci il tarixi silinməyəcək. Hər il bu günü xalqımız qüssə ilə qarşılayır və qeyd edir.

Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin şagirdləri hər il bu gün Şuşaya həsr olunmuş şerlər deyir, rəsmlər çəkirlər. 2019-cu il 8 may tarixində məktəbin 2d rus bölməsindən olan balaca şagirdlər də Şuşanın işğalının ildönümünə həsr olunmuş rəsm işlərini və yazılarını hazırlamışlar. Sinif rəhbəri Natalya Şərifovanın rəhbərliyi ilə sinifdə keçirilən bu kiçik tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı bu günü heç zaman unutmayacaq və balaca şagirdlər gözəl Şuşamızın tez bir zamanda yenidən qayıtmasına böyük ümidlərlə baxır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi