8 may Şuşanın işğalı günüdür

8 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 6 a sinfində Azərbaycan tarixi dərsdinə Şuşalının işğalının 27 – ci ildönümünə həsr olunmuş təqdimatların dinlənilməsi keçirildi.

Şagirdlər Şuşanın və onun tarixi haqqında, Şuşanın ermənilər tərəfindən işğalı haqqında ətraflı məlumatlar toplamışdılar. Təqdimatlarda Şuşanın işğaldan əvvəlki və sonrakı vaxtlarını əks etdirən fotoşəkillər əlavə etmişdilər, müxtəlif rəsmlər çəkmişdilər, maraqlı tarixi faktları əlavə etmişdilər. Hər bir şagird hazırladığı təqdimat haqqında məlumat verdi.

Fənn müəllimi Həcər Əlişova ermənilər tərəfindən işğal olunmuş Şuşa və digər rayonlar haqqında, işğalın ağır nəticələri haqqında məlumat verdi.

Məktəbin direktoru Zemfira Məsiyeva Şuşa tarixi və işğalı haqqında, işğal olunmuş digər rayonlar haqqında məlumat verdi. Hər bir şagirdi vətənpərvər olmağa çağırdı. İşğal olunmuş bütün torpaqların tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən tezliklə işğala son qoyulacağına inandığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi