“Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu keçirildi

4 may 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu məktəb rəhbərliyinin nəzarəti altında təşkil olundu. Bütün təşkilati məsələlərə məktəb direktoru şəxsən nəzarət eedirdi. Olimpiadanın ilk turunda iştirak edəcək şagirdlərin sayı qədər sual kitabçaları çap edildi və imtahan günü şagirdlərə paylandı. Sual kitabçaları bir gün əvvəlcədən hazır edilmişdi, olimpiadanın ilk turuna nəzarət edəcək məsul şəxslər (nəzarətçilər) məktəb direktoru tərəfindən müəyyən edilmişdi və müvafiq təlimatlar verilmişdi. Suallar Azərbaycan və rus bölməsi üçün 2 variantda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilmişdir. Olimpiadada şagirdlərin tək-tək oturdular. Olimpiadanın ilk turu  saat 09:00-da başlandı və 10:30-da bitdi. Olimpiadanın ilk turu bitdikdən sonra sual kitabçaları şagirdlərdən yığıldı. Sual kitabçalarındakı şagirdlərin cavabları məktəb direktorunun əvvəlcədən təyin etdiyi məsul şəxslər tərəfindən müvafiq formaya yükləndi. Hazır forma təlimata uyğun olaraq elektron poçtla Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi