Şagirdimiz Azərbaycan çempionu oldu
27-29 aprel 2019-cu il tarixlərində “Sərhədçi” İdman Kompleksində keçirilən kikboksinq idman növü üzrə Azərbaycan çempionatında Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7 b sinif şagirdi Nihat Orucov I yer tutaraq Azərbaycan çempionu adını qazanmışdır. Çempionatda 1400-dən çox idmançı iştirak edirdi. Nihat Orucov ümumilkdə 6 döyüş keçirib və bütün rəqiblərə qalib gəlmişdir. Nihat Orucov 13-15 yaşlılar arasında, 47 kq çəki dərəcəsində mübarizə aparırdı və bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanmışdır. Qalibimizi təbrik edir və ona gələn yarışlarda uğurlar arzulayırıq.