“Gələcəyin riyaziyyatçıları” adılı bilik yarışı keçirdi
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Gülnarə Məmmədova 5 ç sinfində şagirdlər arasında “Gələcəyin riyaziyyatçıları” adlı bilik yarışı keçirdi. Yarış 5-ci sinif riyaziyyat prqoramının təkrarına aid idi. Şagirdlər 4 qrupa bölünmüşdü.
Yarış 3 mərhələdən ibarət idi.
Birinci mərhələdə 10 sual verildi. Hər sualın düzgün cavabı 10 balla qiymətləndirildi.
İkinci mərhələdə olan suallar qrup liderləri üçün idi.
Üçüncü mərhələ qrup işi idi.
Sinifdə bəzi uşaqlar yaxşı cavab verdikləri üçün seçilirdi. Bilik yarışında “Zirvə” komandası birinci yerə layiq görüldü. Liderlərin yarışında Yeganə Məmmədova qalib oldu.