Riyaziyyat fənnindən monitorinq keçirildi
22 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9 – cu siniflər riyaziyyat fənnindən monitorinq keçirildi. Monitorinqdə 9 ç və 9d rus bölməsinin şagirdləri iştirak edirdi. Tapşırıqlar 2 variantda 13 sual olmaqla, açıq və qapalı tipli suallardan ibarət idi. Nəticələr qısa müddətdə yoxlanılacaq, şagirdlərə və valideynlərə məlumat veriləcək, təhlil olunacaq.