Rus dili fənnindən monitorinq keçirildi

Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbin Fəaliyyət Planının 1.4 bəndinə əsasən IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə Rus bölməsində Rus dili fənnindən monitorinq keçirildi. Monitorinq zamanı şagirdlərə qeyd olunan fənn üzrə qapalı və açıq suallar təqdim olundu.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərə tədris olunan fənnin daha yaxşı mənimsənilməsi və şagirdlərin əldə etdikləri bilik səviyyəsinin yoxlanılması idi. Fəaliyyət Planına əsasən məktəbdə müxtəlif fənnlərdən monitorinqlərin keçirilməsi də nəzərdə tutulur.