Valideynlərlə görüş keçirildi
18 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta mətkəbdə ibtidai və yuxarı sinif şagirdlərinin valideyinləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Məktəbin direktoru Zemfira Məsiyeva giriş sözü ilə açaraq məktəbdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. Şagirdlərin dərsə davamiyyət, dərslərə hazırlıqlı gəlmələri, şagirdlərin məktəbin daxili nizam – intizamı qaydalarına əməl etmələri, məktəbdə keçirilən “Açıq dərslər”, bilik yarışları, keçirilməsi nəzərdə tutulan monitorinqlər barədə ətraflı məlumat verdi. Valideynləri maraqlandıran suallara ətraflı cavab verdi. Valideynlər tərəfindən irəli sürülən təkliflərə münasibətini bildirdi.