"Gənc fiziklərin yaradıcılıq mərhələsi"nin II turunda şagirdlərimiz iştirak etdi

12 aprel 2019-cu il tarixdə "Gənc fiziklərin yaradıcılıq mərhələsi"nin II turu keçirildi. Müsabiqədə məktəbimizi, IX sinif şagirdi Hüseynova Alsu, X sinif şagirdi Umudzadə Fazil və XI sinif şagirdi Nuriyev Orxan "MATERİYA 171" adlı komanda şəklində təmsil etdilər. Komanda rəhbəri məktəbin fizika müəllimi Mətanət Fərəcullayevadır. Müsabiqənin keçirilməsində məqsəd gənclərin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, istedadların üzə çıxarılmasıdır.