Bullinq nədir? mövzusunda maarifləndirici söhbət aparıldı
16 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsinin 9, 10 və 11 – ci sinif şagirdlərinin iştirakı ilə “Bullinq nədir?” mövzusunda maarifləndirici söhbət aprıldı. İlk olaraq məktəbin direktoru Zemfira Məsiyeva “Bullinq nədir?”, “Uşaqların məruz qaldığı bu davranış haqqında” məlumatları şagirdlərin nəzərinə çatdırdı. Bullinqin növləri haqqında ayrı-ayrılıqda açıqlama verdi. Şagirdlər tərəfindən verilən sualları ətraflı cavablandırdı, müzakirələr aparıldı. Təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova mövzu ətrafında çıxış etdi, fikirlərini bildirdi. Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşı Günel xanım mövzu ətrafında çıxış edərək belə hallara yol verməməyə çağırdı. Mövzuya aid videoçarxlar, qısametrajlı filmlər nümayiş olundu. Bu mövzu ətrafında aparılan informasiya tipli söhbət şagirdlər tərəfindən böyük maraqla qarşılandı.