Bullinq nədir?
15 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9, 10 və 11 – ci sinif şagirdlərinin iştirakı ilə “Bullinq nədir?” mövzusunda maarifləndirici söhbət aprıldı. İlk olaraq məktəbin direktoru Zemfira Məsiyeva “Bullinq nədir?”, “Uşaqların məruz qaldığı bu davranış haqqında” məlumatları şagirdlərin nəzərinə çatdırdı. Bullinqin növləri haqqında ayrı-ayrılıqda açıqlama verdi. Şagirdlər tərəfindən verilən sualları ətraflı cavablandırdı, müzakirələr aparıldı. Mövzuya aid videoçarxlar, qısametrajlı filmlər nümayiş olundu. Bu mövzu ətrafında aparılan informasiya tipli söhbət şagirdlər tərəfindən böyük maraqla qarşılandı.