İclas keçirildi
8 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Zemfira Məsiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Nüşabə Bilalova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, sinif rəhbərləri, metodbirləşmə sədrləri və valideynlər iştirak edirdilər. Məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi. Məktəbdə bu günə kimi görülmüş işlər, qarşıda duran vəzifələr və görüləcək işlər barəsində məlumat verdi. Valideynləri maraqlandıran suallara ətraflı cavab verdi. Bir sıra məsələr müzakirə olundu, təhlil edildi, qarşılıqlı fikir mübadiləsi edildi. İclasdan sonra valideynlər məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı ilə tanış oldular.