"Azərbaycan - Sloveniya. Dostluq körpüsü" adlı tədbir  keçirildi

“Olimpiya Mədəniyyət və Təhsil Proqramı”nın Fəaliyyət Planına uyğun olaraq  Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə  05 aprel 2019-cu il tarixində saat 1300-da  “İnkişaf və sülh naminə beynəlxalq idman günü” nə həsr edilmiş  "Azərbaycan - Sloveniya. Dostluq körpüsü" adlı tədbir  keçirildi. Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Proqramlar üzrə komissiyanın katibi Ceyhun Rəhmanov, İnsan Resursları şöbəsinin müdiri Nazir Rəhimov, Layihələr işi üzrə əməkdaş Səfər Məmmədov , məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdi. Tədbir ilk olaraq məktəbdə layihə ilə əlaqədar  keçirilən açıq dərslərin dinlənilməsi ilə başlandı. Sinif otaqlarında dərslərin dinlənilməsindən sonra  "Azərbaycan - Sloveniya. Dostluq körpüsü" adlı güşənin açılış mərasimi oldu. Daha sonra tədbir iştirakçıları  4-cü sinif şagirdlərin idman yarışlarını, yuxarı sinif şagirdlərinin idman hərəkətlərindən ibarət çıxışları  ilə tanış oldular. Tədbirin davamı məktəbin akt zalında şagirdlərin iştirakı ilə  təşkil olunmuş bayram konserti ilə davam etdi. Şagirdlərin ifasında hər iki dövlətin himni səsləndirildi. Azərbaycan və Sloveniyanın mahnı və rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi