UBTR Azərbaycan Dövlət Televiziyasının "Nəsillərin debatı" verilişinin çəkilişində qonaq qismində iştirak etdi
02 aprel 2019-cu il tarixində Azərbaycan Dövlət Televiziyasının "Nəsillərin debatı" verilişinin çəkilişinə qonaq qismində Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin UBTR Günay Dəmirova və rayonlar üzrə "Ölkəmizi tanıyaq" layihəsinin Naxçıvan turunun iştirakçıları dəvət almışdı. Verilişdə qonaq qismində çıxış edən şəxslər "Ölkəmizi tanıyaq" tur-layihəsinin məqsədi, onun təşkil olunmasında ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin, diqqət və qayğısının nəticəsi olduğunu qeyd etdilər. Daha sonra "Ölkəmizi tanıyaq" layihəsinin iştirakçılarına öz təəssüratlarını bildirmək üçün söz verildi. Şagirdlər bu layihənin çox gözəl və yüksək səviyyədə təşkil olunduğunu və bunun üçün prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bu layihədə əməyi keçən bütün şəxslərə öz dərin minnətdarlıqlarını bildirdilər.