Həyat bilgisi fənnindən təqdimatların nümayişi keçirildi

2 aprel 2019-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin müəllimi Nataliya Titova həyat bilgisi fənnindən təqdimatların nümayişi keçirdi. Şagirdlər  müxtəlif ölkələrin qədim və müasir pulları və maliyyə sistemi haqqında təqdimatlar nümayiş etdirdilər. İran, Qazaxstan, Rusiya, Türkiyə və digər ölkələrin pul əskinazları barəsində maraqlı faktlar açıqlandı. Onların qədim və müasir maliyyə vəziyyəti araşdırıldı. Şagirdlər özləri elektron təqdimatları təqdim etdilər və çıxış etdilər. Dərs çox maraqlı keçdi. Uşaqlar qarşılarına yeni məqsədlər qoyub, onlara çatmaq üçün daha səylə çalışmağa söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi