“Kartofun əkilməsi” adlı dərs-praktikum keçirilib
1 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin biologiya müəllimi Nataliya Titova 6-cı siniflərdə “Kartofun əkilməsi” adlı dərs-praktikum təşkil edib.
Uşaqlar dərs zamanı maraqlı informasiya ilə tanış oldular. Bundan əlavə kartof və lobyanın toxumunu torpağa hansı dərinliyə əkilməsini öyrəndilər. Şagirdlər kartof və lobya əkilən dibçəkləri sinif otağında günəş şüaları düşən hissələrə yığaraq gündəlik onlara qulluq edirlər, maraqla əkilən katrof və lobyanın böyümə prosesini izləyirlər.