Növbəti məktəbdaxili qiymətləndirmə keçirilmişdir.
Xətai rayonu, Z. Məmmədov adına 171 saylı tam orta məktəbin IX siniflərində fevralın 27- də ana dili və riyaziyyat fənləri üzrə növbəti məktəbdaxili qiymətləndirmə keçirilmişdir.Qiymətləndirməni BŞTİ- nin hazırladığı tapşırıqlar əsasında məktəb rəhbərliyi təşkil etmişdir və məqsəd IX siniflərin real bilik səviyyələrini müəyyən edərkən nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsidir. Məktəbdaxili qiymətləndirmənin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuşdur. Məktəbin IX siniflərində təhsil alan 111 şagirdin hamısı, o cümlədən Azərbaycan bölməsinin 72, rus bölməsinin 39 şagirdi qiymətləndirmədə iştirak edəcək. Nəticələr və onların statistik təhlili BŞTİ tərəfindən yaxın müddətdə aparılıb məktəb və şagirdlərə təqdim olunacaq.