IX sinif şagirdlərinin valideyn iclası keçirildi
27 mart 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə IX sinif şagirdlərinin valideyn iclası keçirildi. İclası giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva açdı. IX sinif şagirdləri üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən diaqnostik qiymətləndirmənin keçirilməsi və nəticələri barədə valideynlərə ətraflı məlumat verdi. Valideynləri maraqlandıran suallara cavab verdi. Bir sıra digər məsələlər müzakirə olundu və qarşılıqlı fikir mübadiləsi edildi.
İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, IX sinif rəhbərləri və diaqnostik qiymətləndirmə aparılan fənnlərin metodbirləşmə sədrləri və fənn müəllimləri iştirak edirdi.