Novruz bayramı münasibətilə tədbirdə iştirak

21 mart 2019-cu il tarixində Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ukrayna dairəsinin yaxınlığındakı Heydər Əliyev parkında Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olundu. Bayram tədbirində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə, tarix müəllimi Həcər Əlişova tərəfindən yaradılmış, tarix muzeyinin eksponantları nümayiş etdirildi. Tarix muzeyinin eksponantları tədbir iştirakçıları və ziyarətçilər tərəfindən çox maraqla qarşılandı. Ziyarətçilər arasında Xətai rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Rafiq Quluyev, Azərbaycan Respublikasının Milli Məclisin Deputatı Mirələm Hüseynov və digər rəsmi şəxslər var idi.

Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, fiziki tərbiyə müəllimi Sahib Abbasov, Uşaq Birliyi Rəhbəri Günay Dəmirova iştirak edirdi.

Tədbir bayram konserti ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi