“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçılarının qarşılanma mərasimi oldu

18 mart 2019-cu il tarixinə Xətai rayonu Heydər Əliyev parkında “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edən şagird və müəllimlərin qarşılanma mərasimi oldu. Aksiyada iştiak edən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9 a sinif şagirdi Cavidan Həsənov və qrup rəhbəri kimi aksiyaya qoşulan Uşaq Birliyi Rəhbəri Günay Dəmirova da qarşılananlar arasına idi. Qarşılanma mərasinmində Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, ibtidai sinif müəllimi Samirə Həsənova, 9 a şinif şagirdi Cavidan Həsənovanın valideynləri, Günay Dəmirovanın valideynləri və aksiyada iştirak edən digər məktəbdən olan şagirdlərin valideynləri iştirak edirdi.

Tədbirdə çıxış edənlər “Ölkəmizi tanıyaq” tur aksiyasının təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Günay Dəmirova bu aksiyanın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevə, birinci vitse – prezident Mehriban xanım Əliyevaya, aksiyada iştirakına görə Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevaya öz təşəkkürünü bildirdi və tur aksiyasının şagirdlərin dünya görüşündə, milli – mənəvi dəyərlərin öyrənilməsində, öz tariximizi dərindən öyrənməklərinə müsbət təsir edəcəyini və heç bir vaxt yaddaşlardan silinməyəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi