"Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsi çərçivəsində yolasalma mərasimi keçirildi
15.03.2019-cu il tarixdə səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.
Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsinin təşkili Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən burada əsl bayram əhval ruhiyyəsi yaranmışdı.
Yolasalma mərasimində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, təsərrüfat işləri üzrə direktor müavini Sərxan Behbudov, ibtidai sinif müəllimi Samirə Həsənova, tur aksiyasında komanda rəhbəri kimi iştirak edən Uşaq Bİrliyi Rəhbəri Günay Dəmirova və iştirakçi kimi səfər edən Cavidan Həsənovun valideyni iştirak edirdi.
Tədbirdə Xətai rayon Mədəniyyət evinin kollektivi, aşıqlar qrupu, milli geyimdə olan rəqqasələr, Novruz personajları-Bahar qızı, Kosa və Keçəl öz maraqlı ifaları ilə məktəblilərdə xoş təəssüratlar yaratdı. Daha sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Beynəlxaql Hava Limanına yola düşdülər.