Diaqnostik qiymətləndirmə keçirildi

15 mart 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9-cu siniflərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə diaqnostik qiymətləndirmə keçirildi. Diaqnostik qiymətləndirmə Ana dili, riyaziyyat və ingilis dili fənnlərindən keçirildi. Hər fənn üzrə 30 sual olmaqla qapalı tipli test tapşırıqları idi. Məktəbdə 3 Azərbaycan bölməsi, 2 Rus bölməsinin 9-cu sinif şagirdləri iştirak edirdi. Xüsusi hazırlanmış sinif otaqlarında şagirdlər partalarda tək-tək otumaqla test tapşıqırlarını yerinə yetirdilər. Diaqnostik qiymətləndirməyə nəzarət məktəbin təcrübəli müəllimləri nəzarət edirdi. Diaqnostik qiymətləndirmə məktəb rəhbərliyinin nəzarəti altında keçirildi. Diaqnostik qiymətləndirmənin nəticələri məktəbdə yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılır, nəticələr hesabat şəklində hazırlanacaq və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndəriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi