"Açıq dərs" keçirildi

Azərbaycanda Novruz şənliyi

Mart ayı bayramlar ayıdır. Bu bayramlardan ən qədimi Novruz bayramıdır. Novruz bayramı baharın gəlişinin simvoludur. Ənənəvi olaraq Novruzda 4 Çərşənbə olur.

1. Su Çərşənbəsi

2. Od Çərşənbəsi

3. Yel Çərşənbəsi

4. Torpaq Çərşənbəsi

Qədim dövrlərdən Novruz Azərbaycanda 7 gün qeyd olunarmış. Bayram stolunda 7 müxtəlif Novruz nemətləri olarmış. 

Novruz bayramında hər evdə müxtəlif şirniyyatlar : paxlava, badambura, şəkərbura, şorqoğal hazırlanır.

Axır Çərşənbədə hər kəs tonqalın üstündən 7 dəfə tullanaraq bu sözləri deyir: “Ağırlığım burda qalsın.”

Novruz bayramında “papaqatdı”, “qapıpusdu” kimi müxtəlif oyunlar var.

Novruz bayramı təkcə bizdə deyil həmçinin Mərkəzi Asiya ölkələrində də qeyd olunur. Onlar da Novruz bayramını maraqlı adət-ənənələri ilə qeyd edirlər.

2009-cu ildən etibarən Novruz bayramı UNESCO tərəfindən Mədəni Sərvət kimi tanınır.

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi Yeganə Səlimova “Açıq dərs” keçirdi. “Açıq dərs”də məktəb rəhbərliyi və valideynlər iştirak edirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi