“Dostluq körpüsü”
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə OCEP 2019 layihəsinə start verilmişdir. 171 nömrəli orta məktəb belə bir təntənəli tədbirdə Slovenyanı təmsil edəcək. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. 6 “ç” sinifi və 8 “ç” sinif şagirdləri rəngarəng və maraqlı çıxışları ilə tədbir iştirakçılarına Sloveniya tarixi, mədəniyyəti, idman sahəsindəki nailiyyətləri, musiqisi, incəsənəti, Azərbaycan və Sloveniya mədəni əlaqələri haqda məlumatlar təqdim etdilər. Daha sonra 171 nömrəli tam orta məktəbin 6 “ç” sinif şagirdləri Sloveniya haqqında qısa və maraqlı fikirlər səsləndirdilər. Tədbiri ingilis dili müəəlimi Sevinc Əbilova və Rus dili ədəbiyyat müəllimi Arifə Həsənova təşkil etmişdilər. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim-təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, fənnü müəllimləri və valideynlər iştirak edirdi.