"Mən gülləri sevirəm" mövzusunda "Açıq dərs" keçirildi

6 mart 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin oxu zalında ingilis dili müəllimi Mehriban Sadıqovanın “Mən gülləri sevirəm” mövzusunda “Açıq dərs”i keçirildi. Dərsdə güllər haqqında ingilis dilində videoçarx nümayiş etdirildi. Şagirdlər müxtəlif güllər haqqında ingilis dilində ərtaflı məlumat verdilər. 2016-cı il Aprel döyüşləri zamanı işğaldan azad olunmuş Lələtəpə haqqında videoçarx nümayiş etdirildi. Şagirdlərə qrup tapşırıqları veridli. Şagirdlər tapşırıqları yerinə yetirdilər və təqdim etdilər.

“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişova, fənn müəllimləri iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi