Sinif rəhbərlərinin və metodbirləşmə sədrlərinin iclası keçirildi

5 mart 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə sinif rəhbərləri və metodbirləşmə sədrlərinin iclası oldu. İclasda məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova iştirak edirdi. İclas Sloveniya ilə əlaqələrin qurulması və bu sahədə görülən və görüləcək işlər barədə idi. Püşk atma yolu ilə hər bir sinif rəhbəri və metodbirləşmə rəhbərlərinə Azərbaycan rayonlarından biri düşdü və bu rayonları həmin sinif rəhbərləri öz sinifləri ilə birlikdə təmsil edəcək.

Sonda tarix müəllimi Ülvi Quliyev Ümummilli lider Heydər  Əliyev və azərbaycançılıq ideologiyası haqqında yazdığı mühazirəni pedaqoji heyətə oxudu. Mühazirə müəllimlər tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi