Şagirdlər “Yaşıl ASAN” təşəbbüsünə qoşularaq təbiəti qorumaq üçün səy göstərdilər

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə XI sinif şagirdlərinin təşəbbüsü ilə “Hər kağız bir yarpaqdır” adı altında kağız toplamaq aksiyası keçirildi. Aksiyada şagirdlər kağız toplamağa başladılar. Bütün siniflər üzrə şagirdlər iştirak edirdi. Şagirdlər istifadə olunmuş dəftərləri, yararsız kitabları gətirib təhvil verərək aksiyada iştirakçı oldular. “Yaşıl ASAN” təşəbbüsünə qoşularaq təbiəti qorumaq üçün səy göstərdilər. Şagirdlər toplanmış kağızları ASAN xidmətlərinə təhvil verəcəklər.