İngilis dili fənnindən “Açıq dərs” keçirildi

4 mart 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta mətkəbdə ingilis dili fənnindən “Açıq dərs” keçirildi. "Açıq dərs" Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Fənn müəllimi Fəxriyyə Hüseynova keçirdiyi “Açıq dərs” Azərbaycan, Böyük Britaniya, İtaliya, Gürcüstan, Braziliya dövlətlərinə həsr olunmuşdur. Şagirdlər həmin ölkələrin mədəniyyəti, adət - ənənələri, mətbəxləri, şəhərləri, tarixi yerləri, məşhur yerləri haqqında ingilis dilində ətraflı məlumat verdilər, həmin ölkələrdən bəzilərinə məxsus rəqsləri, oyunları canlı nümayiş etdirdilər, süfrə mədəniyyətindən səhnəcik nümayiş etdirdilər.
“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, ingilis dili müəllimi Sevinc Mustafayeva iştirak ediridi.
“Açıq dərs”in sonunda məktəb rəhbərliyi tərəfindən dərsin təhlili aparıldı.